- Baxış sayı: 35
- 27 Mart 2026 21:10
- Baxış sayı: 41
- Mart 27, 2026
- 0

İsveçrənin Nyon şəhərində konfrans liqasının 3-cü təsnifatının püşkatmasında Azərbaycan təmsilçilərinin mümkün rəqibləri müəyyənləşib.
Allsport.az saytı xəbər verir ki, “Sabah” – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi növbəti raundda “Sent Patriks” (İrlandiya) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.
“Zirə” – “Dunayska Streda” (Slovakiya) qarşıdurmasından növbəti rəqib “NK Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya) ikilisinin qalibi olacaq.
“Sumqayıt” – “Fehervar” (Macarıstan) mübarizəsində sevinən “Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə görüşəcək.
Konfrans liqasında bu mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.