Azərbaycan və Konqo arasında müqavilə

Gənclər və idman naziri Fərid Qayıbov, Konqo Demokratik Respublikasının idman və istirahət naziri Didye Budimbu Ntubuanqanı və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Allsport.az saytı xəbər verir ki, görüşdə Fərid Qayıbov qonaqları salamlayıb və iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Qonaq ölkəmizdə olduğu müddətdə bir sıra idman qurğularının fəaliyyəti ilə tanış olduğunu qeyd edib və Bakıda müasir idman infrastrukturunun onda xoş təəssürat yaratdığını bildirib.

Sonda tərəflər idman sahəsində əməkdaşlığa dair müqavilə imzalayıblar.

Həmin kateqoriyadan