Azərbaycan və Şimali İrlandiya oyununa 21000-dən çox bilet satılıb

Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında iyunun 10-da keçiriləcək DÇ-2018-in seçmə mərhələ matçı üçün biletlərin yarıdan çoxu satılıb.

Allsport.az saytı xəbər verir ki, artıq 21000-dən çox tamaşaçı bu görüşü izləmək istəyir. Biletlər “28 Mall”, Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, “Bakcell” Sahil müştəri xidmətləri, “Bakcell Arena”nın kassalarında satılıb. Onları www.tickets.affa.az saytından onlayn əldə etmək də mümkündür.

VIP 25 manat, 1-ci kateqoriya 9 manat, 2-ci kateqoriya 4 manat, 3-cü kateqoriya 2 manatdır. Qeyd edək ki, millimiz Şimali İrlandiyanı mərkəzi stadionunda qəbul edəcək. Bu görüş saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan