- Baxış sayı: 20
- 29 Noyabr 2024 16:14
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Sabah”ın baş məşqçisi Jelko Sopiçin köməkçisi Marko Lozo sportklub.hr saytına müsahibə verib. Allsport.az xəbər verir ki, xorvat məşqçi koronavirus pandemiyasına görə təxirə salınan Azərbaycan çempionatı ilə bağlı danışıb:
“Burada bir müddətdir futbol dayanıb. Növbəti qərara qədər futbol olmayacaq. Dünən mayın sonuna qədər futbol oynamağın təhlükəsiz olmayacağına dair rəsmi məlumat aldıq. Həyata gəlincə, ötən günlərə kimi hər şey normal idi. Kafelər, restoranlar 15:00-a qədər açıq idi. Dünən isə yalnız market və apteklərin fəaliyyət göstərəcəyi, insanların evdən çölə çıxmamağına qərar verildi”.
Lozo ölkə futbolunun səviyyəsi barədə bunları deyib: “Bura gəlməmişdən öncə Azərbaycan futbolu barədə çox məlumatım yox idi. Amma bir neçə ay ərzində xoş sürprizlə qarşılaşdığımı deyə bilərəm. Səviyyəsinə görə 2 klub – “Qarabağ” və “Neftçi” daha öndədir. Digər komandalar isə eyni gücdədir. Yarışda 8 klub var. Lakin gələn mövsüm klubların sayı 10 olacaq”.