- Baxış sayı: 188
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 188
- Dekabr 05, 2025
- 0

Kiyev “Dinamo”sunun keçmiş futbolçusu Artyom Butenin kuryerliyə başlayıb. Allsport.az xəbər verir ki, 31 yaşlı keçmiş müdafiəçi Ukraynada pizza şirkətində kuryer kimi işə başlayıb.
Onun aylıq qazancı təxminən 30 min qrivna (1800 manat) olacaq.
Karyerası ərzində Ukraynada “Dinamo”, “Volın”, Çexiyada “Slovan”, Moldovada “Zarya” kimi klublarda çıxış edən Buteninin son ünvanı Azərbaycan olub. Müdafiəçi ölkəmizdə keçmiş “Rəvan” klubunda çıxış edib.