- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
“Səbail”in sabiq futbolçusu Tome Kitanovski “Kukesi” klubundan ayrılıb.
Allsport.az xəbər verir ki, şimali makedoniyalı müdafiəçi baş verən zəlzələdən sonra Albaniyanı tərk edib. Zəlzələyə qarşı fobiyası olan futbolçu belə qərar verib. Bir müddət keçsə də, 27 yaşlı oyunçu geri qayıtmayacağını bəyan edib. O, zəlzələdən çox qorxduğu üçün Albaniyaya ayaq basmayacağını bildirib. Kitanovski klub rəhbərliyindən müqaviləsinin ləğv edilməsini xahiş edib. Futbolçu klubdan təzminat almaq fikrindən uzaq olduğunu deyib.
Kitanovski “Kukesi”də 13 oyun keçirib. Müdafiəçi ötən mövsüm “Səbail”də oynayıb və 21 matçda meydana çıxıb.
Noyabrın 27-də Albaniyada 6,4 bal gücündə zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində 50-dən çox insan ölmüşdü.