- Baxış sayı: 32
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Gənclərdən ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanın da yer aldığı 7-ci qrupda daha bir görüş baş tutub. Allsport.az xəbər verir ki, Almaniya U-21-i doğma meydanda Finlandiyanı qəbul edib.
Qarşılaşma almanların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Sanenin dubla imza atdığı görüşdə digər qolları Kimmiçlə Selke vurub.
Qeyd edək ki, son nəticələrdən sonra 7-ci qrupda vəziyyət belədir:
| Komandalar | O | Q | H | M | T/F | X |
| Avstriya | 3 | 3 | 0 | 0 | 13-3 | 9 |
| Almaniya | 2 | 2 | 0 | 0 | 7-0 | 6 |
| Finlandiya | 3 | 2 | 0 | 1 | 5–4 | 6 |
| Azərbaycan | 4 | 1 | 0 | 3 | 1-12 | 3 |
| Rusiya | 2 | 0 | 0 | 2 | 3-6 | 0 |
| Farer adaları | 2 | 0 | 0 | 2 | 0-4 | 0 |