Azərbaycanın UEFA-nın klub reytinqində yenə gerilədi

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib. Allsport.az xəbər verir ki, ölkəmiz bu siyahıda bir pillə geriləyib.

Qeyd edək ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu il də son çempion “Qarabağ” təmsil edir. Ağdam klubu ötən gecə doğma meydanda Çernoqoriya çempionu “Rudar”la qarşılaşdı və qolsuz heç-heçəyə razılaşdı – 0:0. Düzdür, ağdamlıların bu heç-heçəsi ölkəmizin xal ehtiyatını zənginləşdirdi. Belə ki, Qurban Qurbanovun çalışdırdığı komanda ölkəmizin reytinq hesabına 0,125 xal yazdırmış oldu.

Amma bu, Azərbaycanın bir pillə geriləməsinə mane olmadı. Çünki Serbiya çempionu “Partizan”ın Gürcüstan “Dila”sı üzərindəki qələbəsi bu ölkənin 28-ci pilləyə yüksəlməsinə şərait yaratdı. Hazırda UEFA reytinqində 54 ölkə arasında 28-ci pillədəyik. Azərbaycanın hesabında 11.375 reytinq xalı var ki, onun da 0.875 xalı cari mövsümdə qazanılıb (“İnter” – 0.250, “Neftçi” – 0.250, “Qəbələ” – 0.250, “Qarabağ” – 0.125). Reytinq cədvəlində Azərbaycanla Serbiya eyni xala malik olsa da, sözügedən ölkənin təmsilçiləri cari mövsümdə daha çox (1.000) xal qazandıqları üçün biz 29-cu pillədə qərarlaşmışıq.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

#Ölkə11/1212/1313/1414/1515/16r.xalı
1İpaniya20.85717.71423.00020.2142.28584.070
2Almaniya15.25017.92814.71415.8571.71465.463
3İngiltərə15.25016.42816.78513.5711.75063.784
4İtaliya11.35714.41614.16619.0001.33360.272
5Portuqaliya11.83311.7509.9169.0831.33343.915
6Fransa10.50011.7508.50010.9161.33342.999
7Rusiya9.7509.75010.4169.6660.80040.382
8Ukrayna7.7509.5007.83310.0000.80035.883
9Belçika10.1006.5006.4009.6000.80033.400
10Hollandiya13.6004.2145.9166.0830.75030.563
11Türkiyə5.10010.2006.7006.0000.80028.800
12İsveçrə6.0008.3757.2006.9000.00028.475
13Çexiya5.2508.5008.0003.8750.00025.625
14Yunanıstan7.6004.4006.1006.2000.80025.100
15Rumıniya4.3336.8006.8755.1250.62523.758
16Avstriya7.1252.2507.8004.1250.00021.300
17Xorvatiya3.7504.3754.3756.8750.87520.250
18Kipr9.1254.0002.7503.3000.87520.050
19Polşa6.6252.5003.1254.7501.25018.250
20İsrail6.0003.2505.7501.3750.37516.750
21İsveç2.9005.1253.2003.9000.87516.000
22Belarus3.1254.5001.7505.5000.87515.750
23Şotlandiya2.7504.3003.2504.0000.75015.050
24Danimarka3.1003.3003.8002.9001.25014.350
25Norveç2.3004.9002.6002.2001.50013.500
26Sloveniya2.2503.2502.6254.0000.75012.875
27Bolqarıstan1.5000.7505.6254.2500.75012.875
28Serbiya2.1253.0002.5002.7501.00011.375
29Azərbaycan1.3753.0002.5003.6250.87511.375
30Qazaxıstan1.6251.3753.1253.3750.75010.250
31Slovakiya2.3751.5001.6252.7501.2509.500
32Macarıstan2.2503.0000.8752.1251.0009.250
33Moldova0.5002.2503.3751.7500.8758.750
34İslandiya1.3751.2502.5002.5001.0008.625
35Gürcüstan2.8751.5001.8751.2500.6258.125
36Lixtenşteyn2.0000.0001.0002.5002.0007.500
37Finlandiya1.5002.0000.5002.4000.5006.900
38Bosniya1.1251.2501.5001.7501.0006.625
39Albaniya0.8750.7502.0000.8750.8755.375
40İrlandiya1.5001.0000.2502.0000.6005.350
41Lüksemburq1.1251.3751.5000.5000.7505.250
42Makedoniya1.6251.2500.5001.1250.6255.125
43Latviya0.6251.2501.6250.2501.1254.875
44Çernoqoriya0.5001.3751.2500.7500.7504.625
45Litva1.0001.1251.2500.5000.6254.500
46Estoniya0.3750.3751.0001.5001.0004.250
47Şim. İrlandiya0.5001.0000.8751.3750.5004.250
48Ermənistan0.1250.8751.1250.3751.1253.625
49Farer adaları0.5000.5000.8751.3750.3753.625
50Uels0.6250.5000.7500.1251.3753.375
51Malta0.8330.8750.8750.1250.6253.333
52Cəbəllütariq0.0000.0000.0000.2500.7501.000
53Andorra0.0000.0000.3330.5000.1660.999
54San Marino0.0000.0000.3330.0000.0000.333

Həmin kateqoriyadan