- Baxış sayı: 104
- 25 İyul 2024 19:30
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Türkiyə PTT 1-ci Liqasında mübarizə aparan komandaların qış fasiləsinə qədərki transfer etdikləri legioner sayı bəlli olub. Allsport.az xəbər verir ki, müxtəlif ölkələr arasında Azərbaycanın da adı var.
Türkiyə çempionatının aşağı divizionunda ən çox oyunçu ilə təmsil olunan ölkə Braziliyadır – 8 nəfər. Siyahıda ikinci yeri isə Azərbaycan tutur – 6.
Onların ardınca Bolqarıstan, Kamerun, Nigeriya və Serbiya gəlir – hərəyə 4 futbolçu.
Bundan başqa ilk dövrədə ən çox forma geyinən futbolçular arasında millimizin sabiq hücumçusu, “Manisaspor”lu Branimir Subaşiç də yer alıb. O, yarım mövsüm ərzində 16 oyunda meydana çıxıb.