Azərbaycanla oyun öncəsi daha 3 koronavirus yoluxması

U-21 Avropa çempionatının seçməsində futbolçularımızla üz-üzə gələcək İsveçrə millisinin daha 3 üzvü koronavirusa yoluxub. Allsport.az saytı xəbər verir ki, bunlar Jeremi Giymeno, Den Ndoye və Yasper van der Verffdir.

Onlar alınıb və qarşıdakı matçlarda komandalarına kömək edə bilməyəcək. Əvəzində, öncə bu infeksiyaya yoluxmuş Noa Okafor sıraya dönüb. Bu gün Tyun şəhərindəki eyniadlı arenada baş tutacaq İsveçrə – Azərbaycan oyunu saat 22:00-da start götürəcək.

Həmin kateqoriyadan