- Baxış sayı: 15
- 04 Fevral 2026 14:25
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0

Kiyev “Dinamo”su və Ukrayna millisinində oynamış azərbaycanlı futbolçu Aleksander Əliyev müsahibəsində başına gələn maraqlı hadisəni danışıb. Allsport.az xəbər verir ki, 35 yaşlı veteran yarımmüdafiəçi kazinoda 100 min dollar uduzduğunu deyib:
“Bir dəfə kazinoya getdim və bir gecədə 100 min dollar uduzdum. O zaman çempionluq üçün mükafatlar almışdım. Pulum çox idi. Onun üçün də kazinoya getməyə qərar vermişdim. Kazinoya axşam 7-də girib, günorta 12-də çıxdım. Kazinodan çıxanda artıq 100 minim əldən getmişdi. Düzdür, orada içməmişdim, amma bu, çox üzücü idi. Buna görə 4 gün yatmadım”.
Koronavirusu cəfəngiyyat adlandıran Əliyev Kiyevin meri olmaq arzusunda olduğunu söyləyib.