- Baxış sayı: 197
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 197
- Dekabr 05, 2025
- 0

Qış fasiləsində “Səbail”dən ayrılan Elvin Yunuszadənin yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi karyerasını Bosniya və Hersoqovinada davam etdirəcək.
O, yüksək liqa təmsilçisi “Çelik”lə mövsümün sonuna qədər müqavilə imzalayıb.
“Qırmızı-qaralar”ı ötən ildən türkiyəli mütəxəssis Ümit Özat çalışdırır.
Azərbaycan millisində də forma geyinmiş müdafiəçi “Neftçi” və “Qarabağ”da da çıxış edib.