“Azərreyl” Avroka kubokunu qazandı!

Çimərlik voleybolu üzrə kişilər arasında keçirilən Avropa kubokunun final matçında ”Azərreyl” İspaniyanın “CVP Poniente Benidorm Alicante“ komandasına qalib gələrək çempion olub.
Allsport.az xəbər verir ki, Fransanın Montpelye şəhərində təşkil olunan yarışın finalında komandalar arasında iki görüş keçirilib. Bir oyunda “Azərreyl”, digərində isə rəqib qalib gəlib. Ardınca çempionu müəyyən etmək üçün keçirilən qızıl setdə 15:12 hesabı ilə üstün olan təmsilçimiz Avropa kubokunun qalibi adını qazanıb.

Həmin kateqoriyadan