- Baxış sayı: 53
- 16 Dekabr 2025 22:40
- Baxış sayı: 45
- Dekabr 16, 2025
- 0
Qadın voleybolçuların super liqasında bir oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, “Azərreyl” ev sahibi qismində “Lokomotiv”lə görüşüb. 3-cü dövrənin ilk turundan təxirə salınan matçda Famil Ağayevin komandası üstün tərəf olub – 3:1 (25:8; 25:16; 25:27; 25:14).
Bu qələbə onları turnir cədvəlində liderliyə yüksəldib. “Azərreyl” “Telekom”la eyni xala sahib olsa da, set fərqində əsas rəqibini qabaqlayır. Qeyd: yarış cədvəli ön səhifədə.