- Baxış sayı: 30
- 20 Aprel 2025 22:11
- Baxış sayı: 91
- Aprel 20, 2025
- 0
Kişi voleybolçuların yüksək liqasının ilkin mərhələsi başa çatıb.
Allsport.az xəbər verir ki, dövrə oyunlarının nəticələrinə görə, yarımfinalda turnir cədvəlinin birincisi olan “Azərreyl” dördüncü yerin sahibi “Neftçi”lə, ikinci olan “Murov Az Terminal” isə üçüncü yeri tutan “Xilasedici” komandası ilə qarşılaşacaq. Turnir cədvəlində 5-ci və 6-cı yerlərdə olan MOİK və “Gənclər” komandaları isə ölkə birinciliyində mübarizəni dayandırıblar.
Yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi qızıl setdə müəyyənləşəcək.
Kişi voleybolçuların pley-off mərhələsinin oyunları 16-18 apreldə keçiriləcək.