YAZI
Azad və Rəhim

Müstəqillik qazandıqdan sonra ölkəmiz, yeni addımlar atan hər bir məmləkət kimi, bir çox sahələrdə özünü tanıtmağa ehtiyac duyurdu. Sözsüz ki, bu mənada idmanın və onun tərənnümçülük xüsusiyyətlərinin rolu danılmazdır. Təbii, bunun üçün, ilk növbədə, ölkənin simasına çevrilən növlərə dəstək verilməsi vacibdir. Bunu, ilk olaraq, həmişə düşünülmüş siyasəti, müdrikliyi, səs-səda doğuran addımları ilə seçilən Heydər Əliyev etdi. Dahi siyasətçinin yeni yaranan Azərbaycanı dünya idman aləminə tanıtdırmaq üçün ilk olaraq milli, aparıcı idman növlərinə dəstək verdi. Ümummilli lider dəqiq bilirdi ki, populistcəsinə «idman siyasətə qarışmır» fikrini bayraq edənlər buna qarşı olacaqlar. Belədə «ən yaxşı siyasət idmandır» devizini əldə rəhbər tutanlara, elə onların dilində cavab vermək ən doğru addım idi. O, idmançılara güvəndi və tezliklə hər kəs bunun bəhrəsini gördü.

«İdman»da gələn müjdə

2006-ci ilin fevralında ölkə idmanında yeni dönəm başladı. Köklü dəyişiklik nazirliyin yükünü bir qədər azaltdı. Bu sahədə özünü yetərincə doğrultmuş Əbülfəs Qarayev ümümmilli liderin layiqli davamçısı, prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri təyin edildi. Ona gənclər, idman və turizm nazirliyində çalışarkən, nəzarət etdiyi sonuncu sahə də tapşırıldı. Təcrübəli kadrın yerində “İtaldizayn” şirkətinin baş direktoru Azad Rəhimov məsləhət görüldü. Bir neçə günlük müzakirədən sonra, hökumətin inamını qazanmış 42 yaşlı iş adamı ölkə başçısının qərarı ilə yeni vəzifənin başına keçdi.  Xəbəri bazar ertəsindən çərşənbə axşamına keçən gün «İdman»da eşitdim. Adəti üzrə həftəlik qəzetin növbəti buraxılışını hazırlayırdıq. Onda «Azərbaycan» nəşriyyatının lap sonuncu, 9-cu mərtəbəsində otururduq. İş yoldaşım Vüqar Məmmədov təzə nazirin televiziyalara verdiyi müsahibəsindən danışdı. Dedi ki, nazir çox sevincək danışırdı. Bir az müzakirə apardıq. Söz-söhbət gəzirdi ki, o, Milli Məclisin spikerin o vaxtı 1-ci müavini Arif Rəhimzadələrdəndir. Düzü, onda hər kompüterdə indiki kimi internet yoxuydu, məlumat bazası da zəif idi, üstəlik, vikipediya geniş yayılmamışdı. Sonra bildik ki, Azad Rəhimov Azərbaycan SSRİ-nin Nazirlər Sovetinin sədri olmuş Sadıq Yarəliyeviçin nəvəsidir. O, Sadıq Rəhimov ki, Azərbaycan torpaqlarına göz tikən erməni Vazgeni otağından qovub. Katolikos elə çaşqın hala düşub, qəbul otağından çıxanda katibəyə azərbaycanca «sağ olun əfəndim» deyib.

Öyünüləsi dövlət xadimi, vətənpərvər insan  

Odlar yurdunun 2 rayonunun İrana verilməsinə də əncəl olanlardan biri Azad bəyin babası olub. 1956-cı ilinsentyabrında şah Məhəmməd Rza Pəhləvi ilə xanımı Sürəyya xatun ilk dəfə Moskvaya gələrək gizli qapılar arxasında Astara rayonundan tutmuş Yardımlıya kimi 5 km-lik torpaq zolağının əvəzsiz olaraq İrana verilməsi barədə SSRİ-nin 1-ci katibi Nikita Xruşşovdan razılıq almışdı. Belədə, milli qüvvələr – akademik Yusif Məmmədəliyev və Xudu Məmmədov bu xəbəri eşidən kimi, torpaqların verilməsinin qarşısını almağa başladılar. Həmin vaxtda onlara kömək edəcək şəxslər Mərkəzi Komitənin 1-ci katibi İmam Mustafayevlə Nazirlər Sovetinin sədri Sadıq Rəhimov idi. Onlar bu tapşırığı yerinə yetirməyi öz öhdələrinə götürdülər. Azərbaycan SSR-in şərti yumşaq tərzdə Kreml rəhbərliyinə yetirildi. Nəhayət, bizim istək rəsmi mövqe kimi İran dövlətinə bildirildi ki, Tehranın torpaq arzuları geri götürüldüyü təqdirdə, Sovet İttifaqı İsfahan-Qırxçıraq (Şirvan) qaz boru kəmərinin öz ərazisindəki inşaat xərclərini öz üzərinə götürür və Araz çayı üzərində müştərək su-elektrik qovşağının tikintisinə icazə verir. Bu ilk növbədə, gənclər və idman nazirinin babasının və təzəcə sürət almış Milli Azadlıq Qərargahının başlanğıc uğurları idi.
1957-ci ildə Azərbaycan qazının Ermənistan və Gürcüstana nəqli məsələsi müzakirəyə çıxarılanda, mərkəzi komitənin bürosunda Sadıq Rəhimov etirazını bildirir. O, rayonlarda qaz çatışmadığı halda, bunu qonşulara verməkdən imtina edir.
Ana tərəfdən isə, nazirimiz milli müdafiə təşkilatı «Difai»nin qurucusu,  Azərbaycan və Türkiyə ictimai xadimi, siyasətçisi, jurnalisti, pedaqoqu, yazıçısı və türkoloqu Əhməd bəy Ağaoğlulardandır. Bunu allsport.az-a ötən ilin dekabrın 27-də mətbuat konfransında özü dedi.

İlk görüş  

Azad Rəhimovla ilk dəfə, təyin olunduğu qısa müddət sonra Azərbaycan beynəlxalq universitetində təşkil olunan tədbirdə gördüm. Hündürboy, yaraşıqlı və zəhmli olması diqqətimi çəkdi. Onu orda böyük təm-təraqla qarşıladılar, müşayiət etdilər. İdman kafedrasının müdiri Xanlar Qurbanov da idman zalında yaxşı tədbir düzəltdirmişdi. Həndbol komandası ilə tanışlıqda o, qapıda dayanan tələbənin sayıqlığını yoxlamaq qərara gəldi. İlk zərbəni qapıçı qaytardı. Nazir yenə top istədi. Bu dəfə hədəf düz oldu. Topa zərbəsindən bilinirdi ki, təcrübəsi var. Söhbətin gedişində bilindi ki, o, gənc yaşlarından bu idman növü ilə də məşğul olub.
Qısa zamanda GİN-də yeni təyinatlarla qarşılaşdıq. AzDBTİA-nın prorektoru İsmayıl İsmayılov Zaqatala rayonuna icra başçısı gedən Asif Əsgərovun yerinə nazir müavini təyin olundu. Bir qədər sonra hamımızın yaxşı tanıyıb hörmət etdiyi Raqif Abbasov «Bakının naziri» oldu. Mətbuat katibini müvəqqəti olaraq İsgəndər Şəkinski əvəzlədi. Çox səmimi və sadə insan idi. Jurnalistlər onu tanımayanda, inciyirdi. Amma bu çox qısa çəkirdi. Dərhal söhbət edib münasibət qururdu. Həmişə kömək etməyə canla-başla hazır idiş. Azad müəllimin qəbulu üçün xahiş etdikdə, tərəddüd etmədən «yaxşı» cavabını verdi. Təəssüf ki, onun o vəzifədə qalması az çəkdi…
Rəhimov çalışdığı ilk dönəmdə nazirliyin inzibati binasını köklü şəkildə təmir elətdirdi, üstəlik, idarənin üsündə əlavə bir mərtəbə də tikildi. Əbülfəs Qarayev həmişə 1-ci qatda əyləşirdi. Azad müəllim yenidənqurmadan sonra 4-cü mərtəbədə qərarlaşdı.

Hər tərəfli inkişaf

İdman növlərində də canlanma müşayiət edildi. Dəyişiklər, islahatlar bir müddət sonra öz sözünü dedi və «qənimətlər»in sayı surətlə artmağa başladı: Pekin-2008-də 7, London-2012-də 10 (2 qızıl!), Rio-2016-da 18 medal qazanıldı; onun nazir olduğu 2006-cı ildə ümumi mükafat sayı 287 idisə, 2010-cü ildə artıq 685, 2013-cü ildə 782, 2017-ci ildə rekord həddə, 851-ə yüksəldi! Bu illər ərzində ölkəmizdə xeyli mötəbər tədbir də keçirildi: Bakı-2015 ilk Avropa oyunları, ümumdünya şahmat olimpiadası-2016, Bakı-2017 İslam həmrəylik oyunları, Bakı-2019 Avropa gənclər festivalı, güləş, bədii gimnastika, boks, cüdo, U-17 qızlar arasında dünya çempionatları, taekvondo, gimnastikanın müxtəlif növləri üzrə qitə çempionatlarına, eləcə də futbol üzrə çempionlar və Avropa liqalarının qrup oyunlarına ev sahibliyi edildi. Bu uğurların fonunda Azərbaycan dünyada idman ölkəsi və böyük yarışların keçirilmə mərkəzi kimi tanındı.
Nazirlikdə antidopinq şöbəsinin yaradılması da onun adı ilə bağlıdır. Mütəxəssis İsmayıl İsmayılovun çoxdankı istəyi ilə son dönəmdə yaradılan Milli idman tibb və reabilitasiya institutu bu sahədə atılan vacib addımlardandır.
Gənclik və gəncləşmə öl­kə­də eh­ti­yac du­yu­lan qu­ru­cu­luq işi­nin da­ha bir qo­ludur. Bu, tək sa­ba­ha atı­lan kör­pü, mü­va­fiq məq­səd­yön­lü fəa­liy­yət dai­rə­si de­yil, ey­ni za­man­da, çox­funk­si­ya­lı, ge­niş spekt­rli im­kan­lar sa­hə­si­dir. Gənc­li­yi təm­sil edən və ide­ya­la­rın, ide­al­la­rın da­şı­yı­cı­sı olan bə­dən tər­bi­yə­si və id­ma­nın çə­ki­si, ro­lu, im­kan­la­rı ge­niş və da­nıl­maz­dır. So­si­al sta­tu­sun­dan ası­lı ol­ma­ya­raq, hər kə­sin yal­nız öz is­te­dad və ba­ca­rı­ğı­na gö­rə qiy­mət­lən­di­ril­mə­si ba­xı­mın­dan va­cib­dir. Tə­bii se­çim onun ən bö­yük əda­lət nü­mu­nə­si­dir. Son dönəmdə gəncləşmə siyasətində idman şöbəsinə gətirilən olimpiya çempionu Fərid Mansurov işə təkandır.
Unutmayaq ki, gənclərə daim dəstək verən Azad Rəhimov «Avrovizia»da qalib olmağımızda və 3-cü yer tutmağımızda böyük səy göstərib.

Gözəl ata

Bu gün cəmiyyətimizdə aktual mövzulardan biri gənc nəslin təhsil və tərbiyəsidir. Təhsil insanı əqli cəhətdən, idman isə fiziki cəhətdən inkişaf etdirir. Öz yaşamını mənəvi baxımdan doğru tənzimlənməyən insan bir çox məqamlarda fiziki sağlamlığa da əhəmiyyət vermir. Siqaret çəkmək, spirtli içki qəbul etmək öncə mənəvi məsuliyyətsizlikdən başlayır. Bu zərərli vərdişlərin tərgidilməsi üçün ən səmərəli vasitə yeniyetmə və gənclərin idman məşğələlərinə cəlb edilmə və düzgün tərbiyələndirilməsindir. Bu iki amil onlarda çeviklik, fəallıq, sürət kimi fiziki və eyni zamanda, cəsarət, qətilik, təmkinlik, böyüyə hörmət kimi mənəvi keyfiyyətləri aşılayır. Uşaq və gənclərin fiziki cəhətdən mükəmməl inkişafına xüsusilə təkan verən bu sahəyə son zamanlar böyük diqqət yetirilir. Gənclər və idman nazirimiz, həm də bir nümunəvi ailə başçısı kimi bu yöndə kimsədən geri qalmır; Arif Rəhimov cəmiyyətdə tərbiyəli, mərifətli, qanacaqlı, səxavətli, alicənab birisi kimi tanınır. Sözsüz, bu, yuxarıda qeyd etdiyim təlim-tərbiyədən irəli gəlir. Halbuki o ailənin tək övladıdır. Adətən, beləsi ərköyün, ipə-sapa yatmayan olur.
2017-ci il mövsümünün sonuncu Formula1 mükafat yarışı həmişəki kimi Dubayda baş tutdu. Yas Marina adasında «Radisson-Blu» mehmanxanası məskunlaşan azərbaycanlı jurnalistlərdən biri də məndim. Qran-prinin gedişində hoteldə bir şey oldu: lift həmkarımın «sözünə baxmayıb», aşağı deyil, yuxarı qalxdı. Onunla birgə liftdə Arif Rəhimov da vardı. Bu zaman onun ağzından bəzi «kəlmələr» çıxıb. Jurnalist onu tanımadığından, üstəlik, Bakı şəhər halqısı əməliyyat şirkətinin icraçı direktoru əcnəbilərə bənzədiyindən, hətta o gülümsəyərkən belə, həmyerlisi olduğu zənn etməyib. Səfərdə isə, Arif Rəhimovu tək mən tanıyırdım. Başqa bir məmur övladı olsaydı, kim bilir nəticə necə olacaqdı. Amma gənc iş adamı bu durumdan sakit, heç nə eşitməyib-görməyən birisi kimi ötüb keçdi.

Jurnalistlərin dostu

Azad Rəhimovun digər müsbət keyfiyyəti hər zaman KİV-ə dəstək və dəyər verməsidir. 2012-ci ildə ölkəmizdə U-17 qızlar arasında dünya çempionatı çərçivəsində Beynəlxalq idman mətbuatı assosiasiyasının (AİPS) «Gənc reportyorlar» proqramı öz işini gördü. Bütün xərcləri təşkilatçı öz üzərinə götürmüşdü. Amma nazirin bir şərti vardı: prosesə yerli jurnalistlər də qatılmalı idi. Onların maariflənsi, dış həmkarları ilə əməkdaşlığı önəmliydi. 2014-cü ildə AİPS-in 90-cı ildönümünə təsadüf edən 77-ci konqresi ölkəmizdə keçirildi. Yüksək səviyyədə təşkil olunan toplantıda dövlət başçısı İlham Əliyev də iştirak etdi. Qurumun prezidenti Canni Merlo bunca diqqqətdən çox məmnundu.
Azad Rəhimov medianın beynəlxalq yarışları yerində işıqlandırılması da dəstək verir. Ölkə idmanının dünyada təblği və daha tanınması onun başlıca siyasətidir.
O, həminə jurnalistlərin yanındadır, düzgünlüyün və ədalətin tərəfdarıdır. Ötən ilin dekabrın 27-də gənclər və idman nazirliyində dar çərçivədə baş tutan toplantısında müəyyən özbaşınalığa və tərəfbazlığa qarşı öz sözümü deyəndə, «sapı özümüzdən olan baltalar»ın canfəşanlığını görüb təkbaşına, köməksiz haqq səsini ucaldan jurnalistin tərəfində oldu, məni «dost» adlandırdı və digər «həmlələr»dən qorudu.
Ar­tıq Azər­bay­can nə­in­ki ta­nı­nır, burada gö­rü­lən iş­lər nü­mu­nə gös­tə­ri­lir. Bu fakt­lar ölkəmizin bey­nəl­xalq id­man are­na­sın­da öz ye­ri­ni tut­ma­sı­nın ən qı­sa yo­lu­dur; Odlar yurdununə eh­ti­ram və hör­mət­lə ya­na­şıl­ma­sı­nın, bey­nəl­xalq əla­qə­lə­rin möhkəmlənmə­si­nə ən mün­bit şə­rai­tin ya­ran­ma­sı­nın ma­ya­sı­dır və sözsüz, bu işdə Azad Rəhimovun bacarığı, əməyi və səyi danılmazdır. Yazını bu gün qələmə almağım təsadüfi deyil. 5 mart ölkəmizdə Bədən tərbiyəsi və idman günü olaraq qeyd edilir. Bu gün hamımızın bayramıdır. Vətən idmanı və idmançıları ilə ucalsın!

Kamran HACI

Həmin kateqoriyadan