- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Avropa liqasının finalının keçiriləcəyi dövr üçün Heydər Əliyev beynəlxalq aeroportu çox sayda təyyarə və sərnişinləri qəbul etmək məqsədilə xüsusi tədbirlər planı hazırlayıb. Allsport.az saytı xəbər verir ki, paytaxtın hava limanının bütün xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
“Heydər Əliyev beynəlxalq aeroportunun buraxılış qabiliyyəti saatda 10 min sərnişin təşkil edir və bununla da əlaqədar olaraq, heç bir aviaşirkətə müntəzəm və çarter reyslərini yerinə yetirməyə rədd cavabı verilməyəcək. Hazırda çarter reyslərinin yerinə yetirilməsi üçün 45-dən artıq müraciət təsdiqləyib. Bura həmçinin 16 biznes aviasiya reysi daxildir. 2 aviareys ilə futbol komandaları və 10 reys ilə klubların fanatları gətiriləcək. Həmçinin “Türk hava yolları”, “Air arabia”, “Fly dubai”, “ISRair”, “Jazeera airways” və s. kimi xarici aviaşirkətlər əlavə uçuşlar yerinə yetirmək üçün müraciət ediblər.
Finalın keçiriləcəyi dövrdə Heydər Əliyev beynəlxalq aeroportunda bütün reyslərin maneəsiz yerinə yetirilməsi və terminaldan çox sayda sərnişinin rahat keçməsi üçün bütün şərait yaradılacaq. Qeyd edək ki, Bakının hava limanı artıq böyük beynəlxalq tədbirlərin, o cümlədən 1-ci Avropa və İslam oyunları, Formula1 və s. kimi böyük idman tədbirlərinin keçirilməsində geniş təcrübəyə malikdir” – deyə məlumatda bildirilib.
Xatırladaq ki, “Çelsi” və “Arsenal” final mayın 29-da Bakı olimpiya stadionunda keçiriləcək.