- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 111
- Fevral 06, 2026
- 0

Azərbaycan kubokunun 1/4 finalında “Qəbələ”ni səfərdə məğlub edən “Qarabağ”ın heyətində oyunun ən yaxşısı müəyyənləşib. Allsport.az xəbər verir ki, klubun tvitterdə keçirdiyi sorğuda Maksim Medvedev matçın ən yaxşı futbolçusu seçilib.
Təcrübəli müdafiəçi komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçda ilk qolun müəllifi olub. Digər 2 qolu vuran Patrik Andrade 2-ci, Abdullah Zubir 3-cü olub.