Azarkeşlər qəzada ölüblər

Rumıniyada PAOK azarkeşlərini daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Allsport.az xəbər verir ki, hadisə azarkeşlər Avropa liqasının “Lion”la matçı üçün Fransaya gedərkən DN6 magistralında baş verib. Ötmə əməliyyatı zamanı idarəetməni itirən mikroavtobus əvvəlcə yanacaq daşıyan maşına toxunub, daha sonra qarşıdan gələn yük maşını ilə toqquşub. 29 yaşlı sürücü və 6 sərnişin hadisə yerində vəfat edib.

Yunanıstan rəhbərliyi və PAOK klubu hadisə ilə bağlı başsağlığı verib, “Lion”la oyunda qurbanların xatirəsinin anılacağı bildirilib.

Həmin kateqoriyadan