- Baxış sayı: 87
- 21 Yanvar 2026 23:43
- Baxış sayı: 87
- Yanvar 21, 2026
- 0

Bu gün çempionlar liqasının 4-cü tur matçı öncəsi Belçikada xoşagəlməz hadisə baş verib.
Allsport.az xəbər verir ki, “Brügge” və “Barselona”nın qarşılaşacağı oyun öncəsi kataloniyalı azarkeşləri daşıyan avtobus yolda yanıb.
Hadisə “Yan Breydel” stadionuna (Brügge) gedən yolda, Belçikada baş verib. Tərəfdarları daşıyan avtobusun arxa hissəsində güclü tüstülənmə və açıq alov müşahidə edilib.
Xüsusi xidmət orqanları dərhal hadisə yerinə gələrək insanların nəqliyyat vasitəsini tərk etməsinə kömək ediblər. Məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.