- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 118
- Sentyabr 23, 2026
- 0

“Mançester Yunayted” Portuqaliya millisinin üzvü Ruben Neveşi heyətinə qatmaq üçün “Əl-Hilal”a 23 milyon avroluq rəsmi təklif göndərib.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçinin Səudiyyə klubu ilə müqaviləsinin bitməsinə (iyun) az qalması transfer ehtimalını gücləndirir.
Bu mövsüm 21 matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan 28 yaşlı futbolçunun yenidən İngiltərə premyer liqasına qayıtmağa müsbət yanaşdığı bildirilir. O, daha əvvəl “Vulverhempton”da çıxış edib.