- Baxış sayı: 39
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 128
- Sentyabr 23, 2026
- 0

“Arsenal” “Real Madrid”in 19 yaşlı müdafiəçisi Viktor Valdepenyası yaxından izləyir.
Allsport.az xəbər verir ki, londonlular həm mərkəz, həm də cinah müdafiəsində oynaya bilən ispaniyalı istedadı yayda heyətinə qatmağı planlaşdırır. 2025-ci ilin sonunda “Real”ın əsas komandasında debüt edən futbolçunun Madrid klubu ilə 2029-cu ilə qədər müqaviləsi var.
Hazırda “Kastilya”da 16 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan Valdepenyasın bazar dəyəri 3 milyon avro qiymətləndirilir.