- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Atletiko Madrid” PSJ-nin hücumçusu Qonsalo Ramuşu heyətinə qatmaq üçün hərəkətə keçib.
Allsport.az xəbər verir ki, Madrid təmsilçisi portuqaliyalı futbolçu üçün rəsmi təklif göndərməyə hazırlaşır. Luis Enrikenin rəhbərliyi altında PSJ-də mütəmadi fürsət qazana bilməyən 24 yaşlı futbolçunun özü də daha çox oyun təcrübəsi üçün karyerasını İspaniyada davam etdirməyə müsbət yanaşır.
PSJ Ramuşu iki mövsüm əvvəl “Benfika”dan 65 milyon avroya transfer etsə də, o, Paris klubunda gözlənilən performansı göstərə bilməyib.