Azot oksidindən istifadə edib

“Tottenhem”in baş məşqçisi Tomas Frank yarımmüdafiəçi İv Bissumanın azot oksidindən istifadə etməsi ilə bağlı daxili araşdırma aparıldığını təsdiqləyib.

Allsport.az xəbər verir ki, mütəxəssis bununla bağlı bunu deyib:

“Bu, hazırda həll etdiyimiz daxili məsələdir. Bunu həll etdikdən sonra şərh verəcəyəm”.

29 yaşlı malili futbolçu avqustda dəfələrlə məşqə gecikdiyinə görə heyətdən çıxarılıb. O, bu mövsüm heç bir oyunda iştirak etməyib.

Bissumanın “Tottenhem”lə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Həmin kateqoriyadan