- Baxış sayı: 41
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 792
- Mart 30, 2026
- 0

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov premyer liqada yubiley oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, əlamətdar hadisə 12-ci turun “Qəbələ” ilə matçına (1:1) təsadüf edib.
200-cü görüşünü keçirən 29 yaşlı müdafiəçinin hesabında 4 qol var. Onun debütü 2011/12 mövsümünə təsadüf edib.
Həmin vaxt “Sumqayıt”ın heyətində şans qazanan Bədavi ölkə çempionatında indiyədək 2 klubda forma geyinib. O, “Sumqayıt”da 26 oyuna çıxıbsa, “Qarabağ”da 174 matçda 4 dəfə fərqlənib.