- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Futbolçularımız döyüşkən idilər və mübarizə apardılar. Rəqibin necə oynadığını nəzərə alsaq, bizim bəxtimiz gətirdi ki, ilk oyunda meydan yaxşı durumda deyildi. Rəqib çox yüksək səviyyəyə malik komandadır”.
Allsport.az saytı xəbər verir ki, bunu “Aberdin”in baş məşqçisi Stiven Qlas deyib. Konfrans liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”a 1:3 hesabı ilə uduzan Şotlandiya təmsilçisinin çalışdırıcısı ilk oyunda daha az qol buraxdıqlarına sevindiyini gizlətməyib:
“2-3 futbolçunu arxada qoyub böyük qüvvə ilə hücum edirlər. Onların səviyyəsi buna imkan verir. Yaxşı futbolçulara qarşı oynamaq çox çətindir. “Qarabağ”ın 6 futbolçusu ön xətdə elə davranır ki, onlardan topu almaq asan olmur. Amma bu bizə bəraət vermir.
Bizim üçün yaxşı dərs oldu. Bu, komandamızı daha da güclü edə bilər. Məğlubiyyəti unudub çempionata köklənməliyik. Belə rəqiblərlə matçlardan çox şey öyrənə bilərik”.