Bakı-2015-in Ulduz elçiləri AVF-in qonağı olublar

Bu gün AVF-in 1-ci vitse-prezidenti və qadınlardan ibarət milli komandamızın baş məşqçisi Faiq Qatrayev ilk Avrora Oyunlarında voleybol növü üçün seçilmiş Ulduz elçiləri ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, Bakı-2015-də ölkəmizi təmsil edəcək hər idman növünə 1 dəstəkçi seçilib. Voleybolun Ulduz elçiləri keçmiş «Bakılı oğlanlar» aparıcı üzvləri Cabir İmanov və Tahir İmanovdur.

Dəstəkçilər federasiyada olmaqlarından və voleybol idman növünün elçiləri seçilməklərindən böyük qürur hiss etdiklərini deyiblər. Faiq Qarayevlə görüş zamanı milli komandaya və çimərlik voleybolçularımıza uğurlar arzu ediblər.

Həmin kateqoriyadan