Bakı-2015 İtaliyada təqdim olunacaq

İtaliyanın Roma şəhərində Bakı-2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Allsport.az xəbər verir ki, bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir.

Bu gün, Romanın “Galleria nazionale d’arte moderna”da (Müasir İncəsənət Milli Qalereyası) baş tutacaq tədbirdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo, İtaliya Təhsil naziri Stefania Cannini, digər rəsmilər və qonaqlar iştirak edəcək.

Bakı-2015 Avropa oyunlarının təqdimatı çərçivəsində 300-ə yaxın qonaq ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə tanış ola biləcəklər. Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.

Həmin kateqoriyadan