Bakı-2015 möhtəşəm 3D şou ilə Novruz bayramını qeyd edib

Bakı-2015 Dənizkənarı parkda çoxsaylı idman tədbirləri keçirərək Azərbaycan xalqı ilə birgə Novruz bayramını qeyd etdi. Allsport.az xəbər verir ki, Bakı-2015-in Novruz festivalı bugün axşam şəhərin möhtəşəm tikililərindən biri olan Muzey Mərkəzinin binası üzərində 3D şou ilə başa çatdı.

Minlərlə Bakı sakini aydın və günəşli bir gündə ailəlikcə festivalı izləməyə gəlmiş və ilk Avropa Oyunların idman növləri haqqında məlumatlanma imkanı əldə etdiyi və interaktiv nümayiş stendlərində həmin idman növləri üzrə özlərini sınadıqları bayram tədbirlərinə qatıldılar.

Son üç gün ərzində hər gün 4 müxtəlif idman növü təqdim edildi. Buraya velosiped idmanı, gimnastika, triatlon, taekvondo və güləş də daxil olmaqla bu ilin iyun ayında Avropa Oyunlarında yarışlar aparılacaq bütün idman növləri daxil idi.

Festivala gəlmiş insanlar uşaqları əyləndirən və onlarla birgə şəkil çəkdirən simvollarımız Nar və Ceyranla tanış olmaq şansını da əldə etdilər. Gecə Bakı 2015-in Ulduz Elçilərindən biri olan DJ Shock-un çıxışı ilə davam etdi. Bu çıxışı izləyən tamaşaçılar çimərlik futbolu üzrə gənc oyunçular arasında ən yaxşı BTT ustalarından bəzilərinin nümayişləri ilə yanaşı, stolüstü tennis və güləş üzrə canlı yarışları da seyr etmək imkanına sahib oldular.

Bakı 2015-in fəxri könüllüləri olan 100-dən çox Alov Qoruyanın da iştirak etdiyi Bakı-2015 Novruz festivalı idman və Novruz ənənələrini nümayiş etdirərək və onlayn bilet satışının başlamasını qeyd edərək Muzey Mərkəzinin binası üzərində möhtəşəm 3D şousu ilə başa çatdı.

Həmin kateqoriyadan