FOTO
Bakı-2015 üçün 10 “Ulduz”

Azərbaycanın ən məşhur incəsənət nümayəndələrinin bir neçəsi bu yay keçiriləcək Bakı-2015 ilk Avropa Oyunlarının “Ulduz Elçiləri” olacaq. Allsport.az xəbər verir ki, çərşənbə axşamı Muğam Mərkəzində keçirilən təqdimat mərasimində musiqi, televiziya və incəsənət sahəsi üzrə 13 nəfər ulduzun adı açıqlanıb.

Sözügedən ulduzların sırasına müğənnilər Tünzalə Ağayeva, Röya Ayxan, Avroviziya mahnı yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camal, Miri Yusif, komediya aktyorlarından Bəhram Bağırzadə, Rafael İsgəndərov və Coşqun Rəhimov, Tahir və Cabir İmanovlar, musiqiçilərdən DJ Shock daxildir. Tanınmış aparıcılar Murad Dadaşov və İlkin Həsəni də bu sıraya aiddir.

Bu proqram “Ulduz Elçilər”in iyunun 12-də başlayacaq idman tədbiri haqqında müraciət və mesajlarını bölüşmək məharətindən istifadə etməklə, Bakı-2015 ilk Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq. İştirakçılar Bakı-2015-in obyektlərinə baş çəkmək, gerisayım tədbirlərində iştirak etmək, kampaniyaları dəstəkləmək və öz sosial media kanallarından istifadə etməklə milyonlarla pərəstişkar arasında Oyunların təbliğ olunmasına kömək göstərəcəklər.

Qeyd edək ki, seçimə əsasən, “Ulduz Elçilər”in təmsil edəcəkləri idman növləri bu cür bölünüb:

İlkin Həsəni – velosiped idmanı
Rafael İsgəndərov və Coşqun Rəhimov – stolüstü tennis
Röya Ayxan – avarçəkmə
Bəhram Bağırzadə – çimərlik futbolu
Tünzalə Ağayeva – atıcılıq
Eldar Qasımov və Nigar Camal – badminton
Dj Shock – atletika
Miri Yusif – basketbol
Murad Dadaşov – su idman növləri
Cabir və Tahir İmanovlar – voleybol

Həmin kateqoriyadan