- Baxış sayı: 43
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 137
- Fevral 06, 2026
- 0

Avropa liqasının finalının keçiriləcəyi mayın 29-u üçün hava proqnozu açıqlanıb. Allsport.az saytı xəbər verir ki, həmin gün paytaxtda dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.
Cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq.
Xatırladaq ki, Bakı olimpiya stadionunda İngiltərənin “Arsenal” və “Çelsi” klubları arasında görüş saat 23:00-da başlayacaq.