Bakı şəhər gənclər və idman baş idarəsi böyük festival keçirəcək

“İdman hamı üçün” layihəsi çərçivəsində Bakı şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə 29 iyulda saat 17:00 da Böyük Şor parkının ərazisində paytaxt sakinləri arasında idman festivalı keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, tədbirdə taekvondo, karate, kapoeyra və digər idman növlərindən nümunəvi çıxışlar və atletika, kəndirdartma, tir atıcılığı, darts üzrə yarışlar təşkil olunacaq.

Müxtəlif idman növləri və proqramlar üzrə normativləri yerinə yetirən iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish