- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Beynəlxalq Cüdo Federasiyasının Bakıda keçirdiyi hakimlər və məşqçilər üçün seminarda cüdo ilə bağlı mühüm qərarlar qəbul edilib. Allsport.az saytı xəbər verir ki, dünya şöhrətli mütəxəssislərin paytaxtımızda müzakirə etdiyi yeni qaydalar artıq Tunisdə baş tutan “Africa open”də tətbiq olunub.
Hakimlik və yarış qaydaları bu ilin avqustunda Macarıstanın paytaxtı Budapeşt şəhərində olacaq dünya çempionatına kimi sınaq xarakteri daşıyacaq. Əgər qaydalar cüdonun inkişafı üçün effektli olsa, 2020-ci ildə keçiriləcək Tokio olimpiadası da daxil olmaqla bütün yarışlarda tətbiq ediləcək.
“Cüdo” TV bütün yeni qaydalardan bəhs edən və Bakıda təşkil olunan seminarla bağlı xüsusi proqram hazırlayıb. Həmin verilişi sizə təqdim edirik: