FOTO
Formula1 üzrə Azərbaycan qran-prisinin təqdimatçısı Kriştianu Ronaldudan narazıdır

Məşhur rusiyalı fitnes-model Viktoriya Odinktova Instaqramda çılpaq fotosunu paylaşıb. Allsport.az xəbər verir ki, 26 yaşlı model “Mavrin” jurnalı üçün yeni lüt şəkillər çəkdirəcəyini bildirib. Viktoriya 2019-cu ildə keçirilmiş Formula1 üzrə Azərbaycan qran-prisinin təqdimatçı gözəllərindən olub. O, britaniyalı pilot Lüis Həmiltonla dostluq etdiyini demişdi.

Rusiyalı gözəl ötən müsahibələrində “Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronalduya Instaqramda cavab yazmadığını demişdi: “Ronaldu mənə “Salam, necəsən?” yazmışdı. Mən onun mesajını sildim və cavab vermədim. Mənə elə gəlir ki, o, bütün qadınlara belə mesaj göndərir. Kim cavab verirsə, onunla münasibət qurur. Bu, mənim üçün maraqlı deyil. Ronaldo yüzlərlə qıza tilov atıb və yəqin ki, kimlərisə qarmağa keçirib”.

Məşhur modelin “Instagram”da 5,1 milyon izləyicisi var.

Həmin kateqoriyadan