- Baxış sayı: 95
- 10 Dekabr 2025 22:10
- Baxış sayı: 58
- Dekabr 18, 2025
- 0

Bakıda akrobatika üzrə dünya kubokunda Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu qızıl medal qazanıb.
Allsport.az saytı xəbər verir ki, kişi cütlüklərin mübarizəsində Murad Rəfiyev və Daniel Abbasov rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Kişilərdən ibarət qrup – Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaih Dünya Kubokunu gümüş medalla başa vurublar.
Qarışıq cütlüklər arasında mübarizə aparan Milana Əliyeva və Sabir Ağayev də yarışın gümüş medalına layiq görülüblər.