Bakıdakı tədbir təxirə salındı

Ümumdünya antidopinq agentliyi (WADA) 18-19 martda Bakıda keçirilməsi planlaşdırılan Avropa üzrə regional simpoziumunu yaxın şərqdəki vəziyyət səbəbindən təxirə salıb.

Allsport.az xəbər verir ki, simpoziumdan əvvəl paytaxtımızda təşkil olunması nəzərdə tutulan WADA-nın icraiyyə komitəsinin (Exco) iclasının isə onlayn formatda keçirilməsinə qərar verib.

WADA açıqlamasında ev sahibləri – gənclər və idman nazirliyi və Azərbaycan milli antidopinq agentliyinin (AMADA) göstərdiyi qonaqpərvərlik və dəstəyini yüksək qiymətləndirərək bu qərarın asanlıqla qəbul edilmədiyini diqqətə çatdırıb. Hava nəqliyyatında mümkün fasilələr və logistika amilləri diqqətlə təhlil edildikdən sonra bu qərarın verilməsi zəruri hesab olunub.

Həmin kateqoriyadan