Bakının imkanlı qonağı 89 yaşında 4-cü dəfə ata oldu

Formula1-in keçmiş prezidenti Berni Ekklstoun 89 yaşında 4-cü dəfə ata olub. Allsport.az xəbər verir ki, 44 yaşlı Fabiana Flosi ilə evli olan milyardçının oğlu dünyaya göz açıb.

Onun övladı Eys adı verilib. Britaniyalı iş adamının 28 oktyabrda 90 yaşı tamam olacaq. O, əvvəllər 3 dəfə ailəli olub.

Ekklstounun 3 qızı var. Keçmiş funksioner braziliyalı gözəl ilə 2012-ci ildə evlənib.

Həmin kateqoriyadan