- Baxış sayı: 40
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bu gün “AHF arena”da kişi həndbolçuların superliqasında ölkə çempionluğa iddialı “Bakı” digər aparıcı rəqibi “Kür”ü 27:24 üstələdi. Matçda ən yaxşılardan biri – paytaxt komandasının qapıçısı Rüstəm Hüseynov idi. O, Moskva doğumludur. Atası azərbaycanlı (talış), anası rusdur. Həmvətənimiz qarşılaşmadan sonra allsport.az saytına müsahibə verdi:
– Bu gün ölkə çempionatının öncülünü büdrətdiniz.
– Rəqib güclüdür. Ona qarşı yaxşı hazırlaşıb köklənmişdik. Hələ meydana bir itki ilə çıxmışdıq. Əsas həndbolçumuz Albert Matyuxov cəzalı durumda idi. Buna rəğmən, üstün olduq. Uşaqlara afərin – özünəinamlı çıxış etdilər.
– Mübarizədə ən yaxşılardan biriydin. Hər zaman belə alınmır?
– Yaxşı qapıçı komandanın yarısı deməkdir. Hər zaman bunca oynamağa çalışıram (gülümsəyir). Bu gün alındı, hər kəs dəstək oldu.
– Çempionluq imkanı nə dərəcədədir?
– Hazırda 2-ci yerdə möhkəmləndik. Lider “Kür”dən 2 xal geridəyik. Allah eləsin, 1-ci yer tutaq. Çalışacağıq, mübarizə aparacağıq. Hələ qarşıda 3 mühüm oyun var. Görək, sonu necə bitəcək.
– Məşqçilər hetəti səni milli komandaya cəb etmək istəyir. Bu barədə fikrin nədir?
– Azərbaycan vətəndaşlığı alandan sonra, niyə də yox?!
Kamran HACI