FOTO
BAOƏK-ın nümayəndəsi Qabil Mehdiyev AİJİ-nin konqresində çıxış edib

Belarus Milli Olimpiya Komitəsində Avropa İdman Jurnalistləri İttifaqının Konqresi və kütləvi informasiya vasitələrinin əməkdaşları üçün seminar keçirilir. Allsport.az saytı xəbər verir ki, 1-ci Avropa Oyunlarının Təşkilat Komitəsinin nümayəndəsi, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev Bakı-2015-in post-təqdimatı ilə çıxış edib.

Tədbirdə qitənin ən mötəbər idman bayramını işıqlandıran yerli və xarici jurnalistlərin işləməsi üçün yaradılmış şərait məsələsinə xüsusi diqqət yetirilib.

Xatırladaq ki, 17 gün davam etmiş bu oyunlarda idmanın 20 növü (16 olimpiya, 4 qeyri-olimpiya) üzrə 6 mindən çox idmançı iştirak edib. Oyunlarda Rio-2016-ya 12 idman növü üzrə lisenziyaların sahibləri müəyyən olunub. Bakıdakı yarışlar 18 arenada keçirilib. Bu oyunlarda 253 dəst medal uğrunda mübarizə gedib.

Qabil Mehdiyev qeyd edib ki, sentyabrın 10-da Bakıda şahmat üzrə dünya kuboku yarışlarına start verilib. O, xarici KİV-lərin nümayəndələrini bu yarışların işıqlandırılmasına qoşulmağa dəvət edib. Təqdimat başa çatandan sonra Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS-Avropa) üzvlərinə xatirə medalları təqdim edilib.

Həmin kateqoriyadan