“Barsa”da şok itki

“Barselona”nın gənc ulduzu Lamin Yamal xəstəlik səbəbindən komandanın bugünkü məşqini qaçırıb.

Allsport.az xəbər verir ki,18 yaşlı futbolçunun vəziyyəti ciddi narahatlıq doğurmur.

Onun bazar günü la liqa çərçivəsində keçiriləcək “Sevilya” ilə oyuna hazır olacağı gözlənilir.

Yamal çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda “Nyukasl”la qarşılaşmada (1:1) son dəqiqələrdə penaltini dəqiq yerinə yetirərək komandasını məğlubiyyətdən xilas edib.

Həmin kateqoriyadan