- Baxış sayı: 39
- 28 Aprel 2026 20:20
- Baxış sayı: 133
- Aprel 28, 2026
- 0

AFFA intizam komitəsi premyer liqanın XXII turunun “Qarabağ” – “Sabah” matçında baş verən insidentlə bağlı cəzaları açıqlayıb.
Allsport.az xəbər verir ki, martın 1-də keçirilən matçda rəqib ehtiyat skamyasına qarşı qeyri-etik jest edən “Sabah”ın məşqçisi Valerio Zuddas 7 oyunluq cəza alıb, paytaxt klubu isə bu hərəkətə görə 15 000 manat ziyana düşüb.
Hadisələr zamanı kütləvi davada iştirak edən “Qarabağ”ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadənin hər birinə 6 oyunluq texniki zonadan kənarlaşdırma cəzası verilib. Bu qayda pozuntuları ilə əlaqədar Ağdam təmsilçisi hər iki məşqçiyə görə ümumilikdə 12 000 manat cərimə edilib.