- Baxış sayı: 39
- 28 Aprel 2026 20:20
- Baxış sayı: 133
- Aprel 28, 2026
- 0

“Tottenhem” çempionlar liqasının 1/8 final mərhələsində “Atletiko Madrid”ə məğlubiyyətlə (2:5) yanaşı, həm də antirekord müəyyənləşdirib.
Allsport.az xəbər verir ki, London təmsilçisi bütün turnirlər nəzərə alınmaqla rəsmi matçlarda ardıcıl altıncı dəfə məğlub olublar ki, bu da klub tarixində ilk belə haldır.
Bu uğursuz seriya ərzində premyer liqada ard-arda beş məğlubiyyətdən sonra baş məşqçi Tomas Frank istefaya göndərilib və onu xorvatiyalı mütəxəssis İqor Tudor əvəz edib.
“Tottenhem” növbəti oyununu İngiltərə çempionatı çərçivəsində səfərdə “Liverpul”a qarşı keçirəcək. “Atletiko” ilə cavab qarşılaşması isə martın 18-də Londonda baş tutacaq.