- Baxış sayı: 99
- 15 Mart 2026 22:30
- Baxış sayı: 34
- Mart 15, 2026
- 0

“Barselona” “Atletiko Madrid”in 25 yaşlı hücumçusu Xulian Alvaresi transfer etmək niyyətindədir.
Allsport.az xəbər verir ki, bu ay katalonların idman direktoru Deku argentinalı forvardın nümayəndələri ilə görüşüb.
Görüşdə futbolçunun “Barsa”ya mümkün keçidi müzakirə olunub.
Alvares 2024-cü ilin yayından Madrid təmsilçisinin şərəfini qoruyur. Cari mövsümdə o, bütün turnirlərdə çıxdığı 27 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.