“Barselona” “Real”ı darmadağın edərək yarımfinala yüksəldi

Qadınlar Çempionlar Liqasının 1/4 finalında “Barselona” “Real Madrid”i 6:0 hesabı ilə darmadağın edib.

Allsport.az xəbər verir ki, kataloniyalılar iki oyunun cəmində 12:2 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə qazanıblar.

“Barselona”nın növbəti rəqibi bəlli olub – final yolunda onlar “Bavariya” ilə qarşılaşacaqlar.

Həmin kateqoriyadan