“Barselona”nın prezidentliyinə namizədlər rəsmiləşib

“Barselona” klubunda keçiriləcək prezident seçkiləri üçün namizədlərin qeydiyyatı başa çatıb.

Allsport.az xəbər verir ki, tələb olunan sayda (2337 nəfər) üzv imzasını toplayan Joan Laporta və Viktor Font rəsmən namizəd statusu alıblar. Digər iddiaçı Mark Siria Roiq isə lazımi sayda imza toplaya bilmədiyi üçün mübarizədən kənar qalıb.

Klubun yeni rəhbərinin müəyyənləşəcəyi seçkilər martın 15-də keçiriləcək.

Laporta 2021-ci ildən bəri Kataloniya təmsilçisinə rəhbərlik edir.

Həmin kateqoriyadan