- Baxış sayı: 26
- 27 Mart 2026 21:10
- Baxış sayı: 32
- Mart 27, 2026
- 0

Almaniya millisinin sabiq kapitanı Tomas Müller DÇ-2026-da iştirak etmək üçün yığmaya qayıtmaq ehtimalına ironiya ilə cavab verib.
Allsport.az xəbər verir ki, hazırda Kanadanın “Vankuver” klubunda çıxış edən 36 yaşlı hücumçu qayıdış imkanının sıfıra bərabər olduğunu bildirib. Avro-2024-dən sonra milli karyerasını bitirən Müller “Magenta TV”-yə açıqlamasında maraqlı fikir səsləndirib:
“Mənim milliyə qayıtmaq imkanın? Sıfırdır. Əgər məşqçi (Yulian Naqelsman) məni dünya çempionatına çağırsa, deməli, o, ağlını itirib. Bu o deməkdir ki, onun ciddi problemləri var. O, mənə zəng edə bilməz. Belə bir ssenari üçün neçə oyunçu sıradan çıxmalıdır? 15 hücumçu?”
DÇ-2026 gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək.