- Baxış sayı: 83
- 18 Fevral 2026 23:40
- Baxış sayı: 379
- Fevral 16, 2026
- 0

“Yuventus”un baş məşqçisi Luçano Spalletti çempionlar liqasının pley-off mərhələsində “Qalatasaray”a gözlənilməz 2:5 hesablı məğlubiyyəti şərh edərkən komandasının çıxışını sərt tənqid edib.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis “qoca sinyora”nın bu görüşdə xarakter nümayiş etdirə bilmədiyini və inkişaf yolunda üç addım geri düşdüklərini vurğulayıb.
UEFA-nın mətbuat xidmətinə danışan Spalletti bildirib ki, futbolçular etdikləri hərəkətlərin çətinliyini və riskini düzgün qiymətləndirməyiblər: “Oyunun keyfiyyətində geri qaldığımız üçün daim müdafiədə təzyiq altında qaldıq. Cavab oyununa qədər baş verənləri dərindən analiz etməyə çalışacağıq”.