- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Çempionlar liqasının təsnifat və qrup mərhələsinin iştirakçıları arasında dəyişiklik baş verib. Allsport.az xəbər verir ki, bu, ötən gecə baş tutan ikinci yarımfinal oyununda “Bavariya”nın qələbə qazanması səbəb olub.
Bu mövsümün finalçıları – həm PSJ, həm də “Bavariya” öz ölkələrində çempon olaraq qrupda iştirakı təmin etdiklərindən qrup mərhələsində ÇL-in qalibi üçün əlavə yerə ehtiyac qalmayıb. Belədə, qrupda boşalan yer daha əvvəl pley-offdan başlamalı olan “Ayaks”a nəsib olub. Eyni zamanda bu dəyişiklikdən sonra “Olimpiakos” və “Slaviya” kimi komandalar III təsnifat mərhələsində deyil, pley-offda mübarizə aparmaq hüququ qazanıb.
Bütün bunlar Azərbaycan çempionu “Qarabağ”a sərf edir. Ağdam klubu II təsnifat mərhələsində “Şerif”i keçəcəyi təqdirdə “Olimpiakos” və “Slvaviya “kimi komandalarla mübarizə aparmalı olmayacaq. Digər tərəfdən, təmsilçimizin püşkatmaya səpələnmişlər səbətində qatılmaq ehtimalı yüksəkdi.
Bunun üçün II təsnifat mərhələsində 1 sürpriz nəticəyə ehtiyac var. “Seltik”, “Dinamo” (Zaqreb), “Ludoqorets”, “Yanq Boyz” və “Srvena Zvezda”dan birinin mübarizəni dayandırması “Qarabağ”ın səpələnmişlər səbətində yer alması demək olacaq.