- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

“Sabah” bu gün konfrans liqasının 3-cü ələməsində Masazırda “Sent Patriks” ilə cavab oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, “bayquşlar” görüşə fəal başlasalar da, 27-ci dəqiqədə Sofian Çaklanın qırmızı vərəqə alması işləri korlayıb. Azlıqda qalan “qara-çəhrayılar”ın təzyiqi azalıb.
Bundan yararlanan İrlandiya təmsilçisi 49-cu dəqiqədə hesabı açıb. Matçın sonlarında “Sabah” var qüvvə ilə irəli atılsa da, rəqibin müqavimətini qıra bilməyib. Qonaqlar ilk oyunda evdə də bu hesabla qalib gəldiyindən, mərhələ adlayan tərəf olub.