- Baxış sayı: 40
- 28 Yanvar 2026 17:54
- Baxış sayı: 183
- Yanvar 29, 2026
- 0

Məşhur Bekhem ailəsində sular durulmur.
Allsport.az xəbər verir ki, böyük oğul Bruklin Bekhemin valideynlərinə qarşı səsləndirdiyi ağır ittihamlar dünya mətbuatının gündəmini zəbt edib.
Yanvarın 19-da sosial şəbəkədə bəyanat yayan Bruklin, valideynlərini həyatını manipulyasiya etməkdə və həyat yoldaşı Nikola Peltzə qarşı hörmətsizlikdə günahlandırıb. O, anası Viktoriyanın toy günü gəlinlik hazırlamaqdan imtina etdiyini və ailəsi ilə münasibətləri bərpa etmək niyyətində olmadığını bildirib.
Devid Bekhem isə bu ittihamlara dolayı yolla cavab verərək övladların səhv etmək hüququ olduğunu vurğulayıb: “Uşaqlara səhv etməyə icazə verməlisiniz. Onlar yalnız bu yolla öyrənirlər”.
Qalmaqalın fonunda Viktoriya Bekhem Parisdə modaya verdiyi töhfələrə görə Fransanın yüksək dövlət mükafatı — “İncəsənət və Ədəbiyyat ordeni” ilə təltif edilib. Yanvarın 26-da keçirilən mərasimdə ailənin bütün üzvləri iştirak etsə də, Bruklin Bekhem tədbirə qatılmayıb.


